Kobe Brayantın 13 yaşlı qızı da onunla birlikdə qəzada həlak olub

02:00 27-01-2020 422

Kobe Brayantın böyük qızı Janna-Mariya atası ilə birlikdə aviaqəzada vəfat edib. Bu barədə ESPN-in jurnalisti məlumat yayıb.

13 yaşlı qızın cəsədini NBA ulduzunun şəxsi helikopterinin qəzaya uğradığı yerdə tapıblar. İddiaya görə, daha bir gənc idmançı və onun valideyni həmin qəzada vəfat edib. Dörd nəfər birlikdə basketbol yarışına yollanırmışlar.

Brayantın həyat yoldaşı Vanessa qəza anında helikopterdə olmayıb.