Delfinləri izləyən turistlər külli miqdarda narkotik aşkar etdilər

04:00 27-01-2020 383

İspaniyanın Tenerife adası yaxınlığında estoniyalı turistlər 500 kilqoram həcmində narkotik maddə olan həşiş aşkar ediblər.

“Kanal 24” xəbər verir ki, yaxtada okeana çıxıb delfinləri izləyən turistlər üstündə nömrələr olan qablaşdırılmış yeşiklər aşkar ediblər.

Narkotik maddə məhz bu yeşiklərin içində olub.

Turistlər iddia edirlər ki, dalğalar yeşikləri yaxtanın yanına gətirib.