Braziliyada 53 nəfər leysanların qurbanı oldu

05:20 27-01-2020 388

Braziliya höküməti güclü leysanlar nəticəsində Minas Jerays və Espiritu-Santu ştatlarında müşahidə olunan leysanlar 53 nəfərin həyatına son qoyub.

“RİA Novosti” xəbə verir ki, Minas Jerays ştatında 44, Espiritu-Santu ştatında isə doqquz nəfər həlak olub.

Daha 19 nəfərin itkin düşdüyü deyilir.

Bölgənin 99 şəhərində fövqəladə hal elan edilib.

Aleqre şəhərinin valiliyi su dambasının dağılma ehtimalı barədə əhaliyə xəbərdarlıq edib.

Bölgədə yaşayan 20 mindən çox insan təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur olub.