ABŞ-da cinayətkar beş nəfəri maçete ilə yaraladı

09:00 27-01-2020 448

Nyu-Yorkda əlinə maçete alan şəxs Hanuka bayramına ravvinin evinə toplaşan insanları yaralayıb.

“Birinci kanal” xəbər verir ki, hücum edən qaradərili şəxs maskada olub.

Ravvinin evində insanları yaralayandan sonra cinayətkar sinaqoqa daxil olmağa cəhd edib.

Sinaqoqaya girə bilməyən şəxs hadisə yerindən qaçıb.

Bir müddət sonra o, Nyu-Yorkun Qarlem rayonunda saxlanılıb.

Qeyd etmək lazımdır ki, cinayətkarın yaraladığı insanlardan ikisinin vəziyyəti ağırdır.