Keçmiş həbsxana ərazisində 250 nəfərin qalıqları tapıldı

09:40 27-01-2020 31

Cənubi Koreyanın Kvanju şəhərində keçmiş həbsxana ərazisində aparılan tikinti işləri zamanı 250 nəfərin qalıqları tapılıb.

Bu barədə “Yonhap” yerli hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb.

Məlumata görə, qalıqlar 1980-ci ildə hökumət əleyhinə çıxışlar zamanı itkin düşmüş şəxslərə aid ola bilər.

Çünki həmin vaxt saxlanılan vətəndaşların bir çoxu məhz bu həbsxanaya göndərilib. Onların gizli şəkildə edam olunduğu ehtimallar sırasındadır.