Ötən il nikaha girənlərin də, boşananların da sayı artıb

10:40 27-01-2020 321

2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

HerGun.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb.

Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb. 

2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. 

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.