Kobenin ölümü iki il öncə “Simpsonlar ailəsi”ndə təsvir edilib - VİDEO

14:40 27-01-2020 410

Dünən gecə əfsanəvi basketbolçu Kobe Brayantın Kaliforniyada baş verən helikopter qəzasında ölməsi ilə bağlı növbəti ağlasığmaz fakt ortaya çıxıb. 

HerGun.Az xəbər verir ki, dünyaca məşhur “Simpsonlar ailəsi” cizgi filmində Kobenin ölümü əks olunub. 

Filmin həmin seriyası 2017-ci il dekabrın 28-də yayımlanıb. 

Filmdə Kobenin helikopterinin qəzaya uğradığı görünür. Bu zaman kənardakı personajlar “Bu ki Kobe Brayantdır” deyir. Bu zaman Kobe onlardan yardım istəyir. 

Qeyd edək ki, Kaliforniyada baş verən qəza zamanı beş nəfər, o cümlədən, basketbolçunun 13 yaşlı qızı da ölüb. 

Samir İsayev