“Barselona” Tadiçi ala bilər

08:00 29-01-2020 388

“Ayaksın” yarımmüdafiəçisi Duşan Tadiç “Barselonaya” keçə bilər.

“Çempionat” xəbər verir ki, bunu idman müxbiri Canluka Di Marsio deyib.

Yanvarın 29-u serbiyalı futbolçunun agenti Barselonaya gələcək və burada katalon klubunun rəhbərləri ilə müzakirələr aparacaq.

Qeyd edək ki, “Barsa” bundan əvvəl “Valensiyanın” hücumçusu Rodriqo Morenonu öz sıralarına qatmaq istəyib.

Xatırladaq ki, Tadiç “Ayaksa” 2018-ci ildə “Sauthemptondan” keçib.

Bu transferin qiyməti 11,4 milyon avro təşkil edib.