ABŞ virusa yoluxan çinlilərdən təcrübə üçün istifadə etməyə hazırlaşır

21:00 29-01-2020 343

ABŞ sınaqdan keçməmiş preparatları koronavirusa yoluxmuş çinlilər üzərində sınaqdan keçirməyə qərar verib. Bu barədə “The Wall Street Journal” xəbər yayıb.

Bildirilir ki, ABŞ-ın “AbbVie” və “Johnson&Johnson” şirkətləri effektivliyini sınamaq üçün Çinə vaksinlər göndərib. Bundan başqa, şirkətlər tərəfindən HİV infeksiyası ilə mübarizə üçün hazırlanmış preparatlar çatdırıb.

Başqa bir şirkət “Gilead Sciences” Çində sözügedən şirkətlərə qoşularaq hazırlanma mərhələsində olan virus əleyhinə preparatı tədqiq etmək istəyib. 

Hələ ki, bu dərmanların koronavirusla mübarizədə effektivliyi sübut olunmayıb.

“The Wall Street Journal” vurğulayıb ki, “2019-nCoV” virusu ilə mübarizə üçün hələ ki dünyada vaksin yoxdur. Bu səbəbdən Çində həkimlər koronavirusun yayılmasının qarşısını almaq ümidilə dərmanların təsdiqlənmə proseduru olmadan istifadəsi məsələsinə baxırlar.

Nəşrin məlumatına görə, bir neçə əczaçı şirkət virus əleyhinə vaksinlərin yaradılması üzərində işləyirlər, ancaq onları insanlar üzərində sınamaq bir neçə aydan sonra mümkün olacaq.

Xatırladaq ki, koronavirus qurbanlarının sayı hər gün sürətlə artır. Son məlumatlara görə, artıq 132 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Dünən isə ölənlərin sayı 107 nəfər göstərilmişdi.