Bakıda üç nəfər taksi sürücüsünü bıçaqladı

02:20 31-01-2020 506

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.  

Üç nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan 26 yaşlı Malik Qəhrəmanovun avtomobilini saxlatdırıb.  

Daha sonra sərnişinlərdən biri onu bıçaqla vurub. İlkin məlumata görə, həmin şəxslər sürücüyə qarşı xuliqanlıq etmək istəyib.  

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli