Dünyanın ən bahalı filminin aktyoru xərçəngdən öldü

11:00 01-02-2020 607

“Ulduz müharibələri” filmindəki rolları ilə məşhur olan britaniyalı aktyor Alan Harris 82 yaşında vəfat edib. 

Bu barədə “Metro” xəbər yayıb.

Onun ağciyər xərçəngindən öldüyü bildirilir.

Qeyd edək ki, Harris gənclik illərində model olub, lakin sonra həyatını tamamilə kinoya həsr edib.

O, “Ulduz müharibələri”nin üç orijinal epizodunda, o cümlədən, “Epizod V: İmperiya cavab zərbəsi vurur”da çəkilib.