Ərəb milyarderləri Həbibə Konor və Floydla döyüşə görə 180 milyon avro vəd ediblər

21:40 01-02-2020 459

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova Konor Makqreqor və əfsanəvi boksçu Floyd Meyvezerlə döyüşə görə, təxminən 180 milyon avroya yaxın pul vəd edilib.

Bu barədə “The Sun” Həbibin meneceri Əli Abdel-Əzizə istinadən məlumat yayıb. 31 yaşlı döyüşçüyə bu təklif Səudiyyə Ərəbistanı milyarderlərindən gəlib. Onlar döyüşlərin Ər-Riyadda baş tutmasını istəyirlər.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun növbəti görüşü aprelin 18-də Toni Ferqyusonla olacaq.