“Yuventus” “Liverpul”un ulduzunu almağa hazırlaşır

15:20 02-02-2020 430

“Liverpul”un lideri Vircil van Deyk “Yuventus”a keçə bilər.

Niderland millisinin futbolçusu artıq yay aylarında Turinə yeni sınaq üçün yollana bilər.

“The Sun” xəbər verir ki, turinlilər oyunçu üçün 180 milyon avro verməyə hazırdırlar. Bu o deməkdir ki, Van Deyk karyerasında ikinci dəfə tarixin ən bahalı müdafiəçisi ola bilər.

Futbolçu 2018-ci ildə də “Liverpul”a o zaman üçün rekord məbləğ - 85 milyon avro qarşılığında keçmişdi.