Cokoviç səkkizinci dəfə “Australian Open”in qalibi oldu

07:20 03-02-2020 425

Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə cari ildə ilk turniri olan Avstraliya çempionatının qalibi olub.

“Çempionat” xəbər verir ki, finalda Cokoviç avstriyalı rəqibi Dominik Timi beş setdə məğlub edib - 6:4, 4:6, 2:6, 6:3, 6:4.

Bu qələbədən sonra Cokoviç ən yaxşı tennisçilər siyahısında birinci yeri özünə qaytarıb.

Qyed edək ki, karyerası ərzində serbiyalı idmançı Böyük Dəbilqə seriyasının 17 turnirinin, o cümlədən səkkiz dəfə “Australian Open”in qalibi olub.