Rusiyaya səs salmış azərbaycanlı bloqer: Evlənmək istəyirəm - VİDEO

23:40 03-02-2020 544

Bloqerəm, müğənnilik fəaliyyəti ilə də məşğul oluram, həmçinin də iş adamıyam. İnkişaf etmək lazımdır, bir yerdə dayanmaq olmaz. Planlarımda filmlərdə özümü aktyor kimi sınamaq da var.

HerGun.Az xəbər verir ki, bu sözləri Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov “ATV Maqazin 10larla” proqramında deyib.

Yarı rus, yarı azərbaycan dilində verilişin aparıcısı Afaq Gəncəlinin suallarına cavab verən Hüseyn bakılı olduğunu bildirib:

“Özüm Bakıdanam, Suraxanı və Bül-bülə tərəfdən. Çoxları elə bilir ki, mən Azərbaycan dilində danışa bilmirəm, amma elə deyil”.

Videobloqer illər öncə təhsil aldığı universitetdə eşq macərasından da söz açıb:

“Sankt-Peterburq Dövlət Universitetinin İqtisadiyyat və Maliyyə fakultəsini bitirmişəm. İxtisasca iqtisadçıyam. Beş il təhsil aldıqdan sonra, Moskvaya getmişəm. Bu arada, onu da deyim ki, diploma ehtiyacım olmadı. Heç bilirsiz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o universitetə qəbul oldum. Ümumiyyətlə, vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə o universitetə getdim və nəticədə orada beş il oxudum.

Universitetdə təhsil aldığım müddətdə bilirdim ki, ixtisasım üzrə çalışmayacağam. Hətta qrup yoldaşılarım da bu ixtisas üzrə çalışmırlar, hardasa 30 nəfər arasında 3-4 nəfər olar ki, oxuduqları sahə üzrə çalışırlar. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım hansı ki, “İnstagram” üçün videolar çəkməyə başladım, daha sonra həmin uşaqlarla birgə KVN-də çıxış etdik.

Hazırda ingilis dili ilə məşğul olmağa başlamışam. Azərbaycana getməyi sevirəm, çünki ora mənim vətənimdir. Orada istirahət etməyi sevirəm, qohumlarıma baş çəkməyi də, şəhər özü çox dəyişib, vaxtilə 1-ci, 2-ci sinfi orada oxumuşam, yaşamışam və Bakını çox bəyənirəm”.

H.Həsənov azərbaycanlı müğənnilər arasında Xalq artisti Röya Ayxanı bəyəndiyini və onunla yaxından tanış olmaq istədiyini bildirib:

“Röya Ayxanı çox bəyənirəm. Hələ balaca vaxtlarımdan dinləyirdim, necə görmüşəmsə, elə də yadımda qalıb, illər onu dəyişməyib. Çox istərdim onunla duet oxuyum. Röyanı müğənni kimi tanıyıram, amma insan kimi yox. Onunla yaxından tanış olmağı çox istərdim”.

Tez-tez gözəl və cazibədar modellərlə görüntülərini sosial şəbəkə hesabında paylaşan Hüseyn Həsənov münasibətdə olmadığını və tezliklə ailə həyatı qurmaq istədiyini dilə gətirib:

“Evli deyiləm, amma evlənməyi çox istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki, qarşıma istədiyim, evlənəcəyim xanım çıxmayıb, amma ümüd edirəm yaxın zamanda çıxar”.

Rəşad Əliyev