İlin ilk yarışında altı medal

10:40 04-02-2020 402

Türkiyənin İstanbul şəhərində təşkil olunan “Turkish Open” G1 kateqoriyalı turnirdə təmsil olunan böyüklərdən ibarət yığma komandanın üç üzvü qızıl medala sahib olub.

HerGun.Az xəbər verir ki, milli komanda üçün ilin ilk yarışı olan açıq çempionatda Cavad Ağayev (-68 kq), Milad Beiqi (-80 kq) və Fəridə Əzizova (-67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmməd Məmmədov (-80 kq), Payam Qobadi Oğaz (-87 kq) və Radik İsayev (+87 kq) isə bürünc medalla kifayətlənib.