Norveçdə avtomobillərin 44%-i elektrik enerjisi ilə işləyir

04:00 05-02-2020 79

Norveçin yol federasiyasının məlumatına əsasən, ölkədə olan maşınların 44,3%-ni elektromobillər təşkil edir.

“Reuters” xəbər verir ki, gözlənilən 50-60% əldə edilməsə də Norveç dünyada ən çox elektromobil olan ölkə adını qazana bilib.

Ölkədə elektriklə işləyən maşınlara marağın artması dövlət siyasəti ilə bağlıdır.

Norveçdə benzin və dizellə işləyən maşınlardan fərqli olaraq, elektrik enerjisi ilə işləyən avtomobillərin sahibləri bir çox müvafiq vergilərdən azad edilib.

Bu səbəbdən də Norveç elektromobil istehsalçıları üçün ən mühüm bazarlardan biri sayılır.