Koronavirus qadının həyatını xilas etdi - FOTO

11:00 05-02-2020 450

Çində bir qadın koronavirusa yoluxduğunu deməklə evinə zorla girən kişinin təcavüzündən qurtulub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Vuhan şəhərindən üç saatlıq məsafədə yerləşən Jinqşanda baş verib. Evdə tək qalan Yinin yataq otağına girən 25 yaşlı Xiao qıza təcavüz etməyə çalışıb.

Qadın həmin vaxt “Vuhandan təzə gəlmişəm, koronavirusa yoluxmuşam. Buna görə evdə təkəm və özümə karantin tətbiq etmişəm”, - deyə bildirib.

Bundan qorxan təcavüzkar hadisə yerindən qaçıb.

Yi polisə şikayət etsə də, ərazidə hər kəsin virusdan qorunmaq üçün maska taxmasına görə hüquq-mühafizə orqanlarının əməkdaşları kişini tapmaqda çətinlik çəkib.

Hücumçu daha sonra özü atası ilə birlikdə polisə gedərək, təqsirini etiraf edib. O, qarət və təcavüzə cəhddə təqsirli bilinib.