Türkiyədə daha bir aktyor həbs edildi

12:40 05-02-2020 437

Türkiyənin məşhur aktyoru Gökçe Özyol həbs olunub. 

Bu barədə “GazetaVatan” xəbər yayıb.

Məlumata görə, əvvəlcə aktyora içkili vəziyyətdə avtomobili idarə etməyə görə, 25 gün müddətinə azadlıqdan məhrumetmə hökmü verilib. Sonra isə onun cəzası 500 lira cərimə ilə əvəzlənib. Ancaq məhkəmə zamanı onun keçmiş həyat yoldaşı Gökçe Aytaç Özyolu döyməsi ilə bağlı təxirə salınmış cəzası olduğu müəyyən edilib. O, 1,7 il müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən hadisə 2013-cü ildə baş verib. Həmin vaxt aktyor 1,7 il həbs cəzasına məhkum edilsə də, ilk dəfə məhkəməyə çıxarılması nəzərə alınaraq hökmlə onun 5 il nəzarət altında saxlanılmasına qərar verilmişdi.

Xatırladaq ki, dünən Türkiyənin başqa bir məşhur aktyoru da hökm oxunub. Narkotik əməliyyatı çərçivəçində həyata keçirilən həbs zamanı altı polisi yaralamaqda təqsirli bilinən aktyor 16,8 il müddətinə azadlıqdan məhrum edilib.