Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub - FOTO

20:00 06-02-2020 538

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub.

Altmış çarpayılıq doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduqları üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib.