Bakıda aptek müdirinin asılmış meyiti tapıldı

14:00 07-02-2020 556

Bakıda aptek müdirinin meyiti iş yerində asılmış vəziyyətdə tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.  

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğludur.

Faktla bağlı araşdırma aparılır.