Dağlıq Qarabağda erməni əsgəri öldü
16:00 09-02-2020 994
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Dağlıq Qarabağ ərazisinin cənubunda hərbi hissələrin birində 2001-ci il təvəllüdlü erməni əsgəri Valeriy Petrosyan həlak olub.
Hadisə yerli vaxtla saat 07:45-də baş verib.
Hələlik ölümün səbəbi müəyyən edilməyib.