MSK sədri ölmüş şəxslərin yerinə səs verilməsi xəbərlərinə münasibət bildirdi

16:20 09-02-2020 429

“Bu adları bizə verin ki, barələrində ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib”.

HerGun.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir.

“Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə qeyri-adi vəziyyət idi”.

Aqşin Kərimov