Bu dairənin deputatı dəyişdi

15:20 10-02-2020 455

79 saylı İmişli seçki dairəsinin lider namizədi dəyişib.

Oxu Az-ın məlumatına görə, bu barədə MSK-nın saytında bildirilib.

Nəticələrə əsasən, Razi Nurullayev səslərin 20,9%-ni toplayaraq bu dairə üzrə qalib olub.

Xatırladaq ki, daha əvvəl  MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu dairənin qalibi Murad Fərzəliyev elan edilmişdi.

Aqşin Kərimov