Musa Yaqubla müsahibə: Ölüm xəbərini eşidəndə adam bir az narahat olur - VİDEO

15:18 09-07-2019 1026

Bir müddət əvvəl “Xalq şairi” fəxri adına layiq görülən Musa Yaqub haqqında xoşagəlməz xəbərlər yayılsa da, şair özünü yaxşı hiss edir.

İsmayıllı rayonunun Buynuz kəndində HerGun.Az-ın bölgə müxbiri ilə söhbətləşən M.Yaqub səhhətinin yaxşılığa doğru getdiyini, son zamanlar onu ziyarət edənlərin sayının artdığını vurğulayıb. 

Şair ölüm xəbərinin yayılmasından da danışıb.

83 yaşlı şair ona oğlu Şəhriyarın baxdığını qeyd edib:

“Gecələr yatmır, səhərə qədər istəklərimi yerinə yetirir, gələn qonaqların məni yorduğunu deyir. Amma mən yorulmuram, qapım hər kəsin üzünə açıqdır. Məni sevindirən ən önəmli məqam isə ölkənin hər bir yerindən məni ziyarət etməyə gələnlərdir, onların içində gənclər çoxluq təşkil edir”.

M.Yaqub fəaliyyətini davam etdirdiyini, yeni əsərlər üzərində işlədiyini bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Xalq şairi Musa Yaqubun ölüm xəbəri yayılmış, lakin qısa zamanda yalan olduğu üzə çıxmışdı.

Rəşad Aydın