“Barselona”nın oyunçusu polis evində axtarış apararkən yatdı

08:20 12-02-2020 498

“Barselona”nın fransalı müdafiəçisi Samuel Umtiti polis evində axtarış apararkən divanda yatıb qalıb.

“Çempionat” xəbər verir ki, polislər onun evinə hücumun izlərini axtarıblar.

Qeyd etmək lazımdır ki, ötən ilin sentyabrında futbolçunun evu qarət edilmişdi.

Polislər onun evinə gələndə Umtiti divanda uzanıb kompüter oyunu oynayırmış.

Onlar öz vəzifəsini yerinə yetirərkən futbolçu divanda yatıb qalıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları öz işini gördükdən sonra sakitcə evi tərk ediblər.

Xatırladaq ki, Umtiti evi qarətə məruz qalan ilk “Barselona” futbolçusu deyil.

Əvvələr Jerar Pike, Artur və Nelson Semedu kimi futbolçular da eyni aqibəti yaşayıb.