Karateçilərimiz Dubayda: Kata millimiz BƏƏ-yə aparılmadı

21:00 13-02-2020 504

Karate millimiz Olimpiya lisenziya xalları verən Premyer Liqa yarışında iştirak etmək üçün hazırda BƏƏ-nin Dubay şəhərindədir.

HerGun.Az xəbər verir ki, komandamız 14 idmançı ilə yarışacaq. Karatenin kata növündə bu dəfə Azərbaycan komanda yarışlarında təmsil olunmayacaq.

Yalnız katanın fərdi yarışlarında həmişəki kimi Roman Heydərov ölkəmiz adından çıxış edəcək. Kumite yarışlarında isə Azərbaycan 13 idmançı (doqquz kişi və dörd qadın) ilə mübarizə aparacaq.

Heyət bu idmançılardan ibarətdir:

Kişilər: Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev, Turqut Həsənov, Ayxan Mamayev (hər üçü -84 kq), Şahin Atamov, Asiman Qurbanlı (hər ikisi +84 kq);

Qadınlar: Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq).

Qeyd edək ki, yarış 14-16 fevral tarixlərində keçiriləcək.

Səbuhi Musayev