Argentinada yeni dinozavr növünün qalıqları tapıldı

06:00 14-02-2020 531

Paleontoloqlar Argentinanın Pataqoniya bölgəsində yeni növ yırtıcı dinozavrın qalıqlarını aşkar ediblər.

Elmin təşviq edilməsi agentliyi (“CTyS”) xəbər verir ki, bu dinozavrlar Pataqoniyada 90 milyon il əvvəl yaşayıblar.

Paleontoloqlar dinozavrın üst çənəsini, boyun qabırğalarını, ayaq və quyruğunun bir hissəsini tapıblar.

Rio-Neqro əyalətində tapılan yeni dinozavra “Tralkasaurus cuyi” adını veriblər.

Tralkasaurus yerli mapuçe hindularının dilindən tərcümədə “şimşək kələzi” mənasını daşıyır. Cuyi sözü isə dinozavrın tapıldığı El-Kuy vadisi ilə bağlıdır.

Alimlər fikrinə görə, bu dinozavrın uzunluğu dörd metr təşkil edib.

Ehtimal edilir ki, o iquanadon, tısbağa və kərtənkələlərlə qıdalanırmış.