Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

01:00 16-02-2020 472

Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının sayca 15-ci Konfransına həsr olunmuş qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib Azərbaycan təmsilçisi Rostislav Pevtsov olub.  

HerGun.Az xəbər verir ki, 2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kubokunda nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi Rostislav Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacarıb. 

Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov Tokio Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını bildirib.