ABŞ-ın ən zəngin prezidentləri – TOP 10

09:00 16-02-2020 419

ABŞ-da prezident vəzifəsini adətən, artıq öz ölkəsində müəyyən təsir gücünə və nüfuza nail olmuş adamlar tutublar.

Prezidentin bugünkü maaşı hakimiyyətdə olduğu hər il üçün 400 000 dollar təşkil edir. Lakin “TheRichest” portalının ekspertləri eks-prezidentlərin sərvətini müasir pula müvafiq yenidən hesabladıqda, daha böyük məbləğ alınıb.

Beləliklə, ABŞ-ın 10 ən zəngin eks-prezidentini təqdim edirik.  Qeyd edək ki, göstərilən rəqəmlər inflyasiya nəzərə alınmaqla, yəni bugünkü pulla hesablanmış əmək haqqıdır.

10. Con Tayler

Con Tayler ABŞ-ın onuncu prezidentidir. Tayler ilk ABŞ prezidentidir ki, seçki yolu ilə deyil, vitse-prezident olduğu üçün, dövlət başçısının vəfatından sonra bu vəzifəyə gəlib.

Onun sərvəti bugünkü pulla hesabladıqda 57 milyon dollara müvafiqdir.

9. Franklin Ruzvelt

Franklin Ruzvelt ABŞ-ın 32-ci prezidentidir. İki müddətdən artıq seçilmiş yeganə Amerika prezidentidir. Onun sərvəti bugünkü pulla hesabladıqda 66 milyon dollara müvafiqdir.

8. Bill Klinton

Bill Klinton ABŞ-ın 42-ci prezidentidir. Klinton bu vəzifəyə iki dəfə seçilib, ikinci prezidentlik müddəti isə Monika Levinski ilə qalmaqalı və impiçment proseduru ilə yadda qalıb. Onun sərvəti bugünkü pulla hesabladıqda 75 milyon dollara müvafiqdir.

7. Herbert Huver

Herbert Huver ABŞ-ın 31-ci prezidentidir.  1914-cü ildə onun sərvəti 100 milyon dollar idi. O, prezident olduğu müddətdə məvacibindən imtina edərək, bu vəsaiti müxtəlif xeyriyyə fondlarına, həmçinin Ağ Evin personalına əlavə ödənişlər qismində verib.

6. Lindon Conson

Lindon Conson ABŞ-ın 36-cı prezidentidir. Prezidentlik müddəti bitdikdən sonra memuarlar yazıb, eləcə də universitetlərdə mühazirələrlə çıxış edib. Onun sərvəti bugünkü pulla hesabladıqda 109 milyon dollara müvafiqdir.

5. Ceyms Medison


Ceyms Medison ABŞ-ın 4-cü prezidentidir. O, həmçinin ABŞ Konstitusiyasının və Hüquqlar haqqında Billin əsas müəlliflərindən biridir. Medison zəngin ailədə böyüyüb. Hüquq sahəsində karyera isə onun maliyyə vəziyyətini daha da gücləndirib.

4. Endrü Cekson

Endrü Cekson ABŞ-ın 7-ci prezidentidir. O, Demokrat Partiyasının namizədi olaraq seçilən ilk ABŞ prezidenti olub. Onun sərvəti bugünkü pulla hesabladıqda 132 milyon dollara müvafiqdir.

3. Teodor Ruzvelt

Teodor Ruzvelt ABŞ-ın 26-cı prezidentidir. O, 1906-cı ildə Nobel Sülh mükafatına layiq görülüb. Onun sərvəti bugünkü pulla hesabladıqda 139 milyon dollara müvafiqdir.

2. Tomas Cefferson

Tomas Cefferson ABŞ-ın 3-cü prezidentidir. O, həmçinin ABŞ-ın Müstəqillik Bəyannaməsinin müəlliflərindən biri, görkəmli siyasi xadim və filosof idi. Onun sərvəti bugünkü pulla hesabladıqda 236 milyon dollara müvafiqdir.

1. Corc Vaşinqton

Corc Vaşinqton ABŞ-ın ilk prezidenti, dövlətin qurucularından biri idi. O, Kontinental ordunun baş komandanı, müstəqillik uğrunda döyüşlərin iştirakçısı və  ABŞ prezidentlik institutunun yaradıcısı olub. Onun sərvəti bugünkü pulla hesabladıqda 587 milyon dollara müvafiqdir.