“Yuventus” Ronaldunu bugünkü oyuna buraxmayacaq

11:20 16-02-2020 410

“Yuventus” klubu özünün “Twitter” hesabında İtaliya A seriyasının 24-cü turunun “Breşiya”ya qarşı matçında çıxış edəcək heyəti açıqlayıb.

Maraqlıdır ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun adı siyahıya düşməyib.

Matç bu gün Turindəki “Alyans” stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Yuventus” 54 xal toplayaraq İtaliya A Seriyasının yarış cədvəlində 2-ci yerdə qərarlaşıb.