Paşinyanın debatda uduzması ikrahla qarşılandı: “Ayıb olsun!”

12:40 16-02-2020 417

Dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr erməni ictimaiyyətini özündən çıxarıb.

Erməni yazıçısı Anna Turcotte öz sosial media hesabında Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sərt ittihamlarla çıxış edib.

Yazıçı Paşinyanın debatda uduzmasını onun kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə salıb.

A.Turcotte hesab edir ki, Baş Nazir Münhendəki debatda 1990-cı illərdə ermənilərin guya Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi “zorakılığa” diqqət çəkməli idi. O deməli idi ki, Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, buradakı ermənilər yenə “eyni zülmə” məruz qalacaqlar.

Paşinyanın İlham Əliyevə bütün parametrlərdə uduzduğunu bildirən yazıçı xanım Ermənistan Baş naziri haqqında “ayıb olsun” ifadəsini işlətməkdən də çəkinməyib.