İdmançımız Karate 1 Premyer Liqa turnirinin bürünc medalını qazandı

16:00 16-02-2020 523

Azərbaycan karateçisi Dubayda Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, karateçimiz İrina Zaretska (68 kq) üçüncü yer uğrunda Alize Ajye (Fransa) ilə qarşılaşmanı qalib başa vuraraq bürünc medal əldə edib.

Turnir fevralın 16-da başa çatacaq. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.