Konor Makqreqor formasında tort hazırladı və məşhur oldu

04:00 17-02-2020 478

Konditer Ben Kallen 35 saat dayanmadan işləyərək Konor Makqreqor formasında tort hazırlayıb.

“Daily Star” xəbər verir ki, tortun üzərində hətta UFC döyüşçüsünün döymələri də təsvir olunub.

Qeyd etmək lazımdır ki, tortun hündürlüyü 73 santimetr təşkil edir.

“Konor Makqreqor bir çox insanın ilhamlandırır. Mən bu insanı çox istəyirəm. Düşünürəm ki, o zarafatları xoşlayır”, - deyə B.Kallen qeyd edib.

Onu da əlavə etmək lazımdır ki, bu şirniyyat keçmiş döymə ustasına məşhurluq gətirib.