Şassi təkərini itirən təyyarə hava limanına enə bildi

06:20 19-02-2020 310

Kanadanın Toronto şəhərində yerləşən hava limanına şassi təkərlərindən birini itirmiş təyyarə eniş edib.

“CTV” telekanalı xəbər verir ki, “Air Canada” şirkətinə məxsus А319 bortu Nyu-York hava limanından qalxarkən qəflətən şassilərdən birinin təkəri qopub.

Torontoya eniş edərkən təyyarənin pilotu təhlükəsiz dəhlizin açılmasını xahiş edib.

Eniş zolağına yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, lakin onların xidmətlərinə ehtiyac olmayıb.

Təyyarə hava limanına uğurlu eniş həyata keçirib.