Bu binanın sakinləri evə qapıdan yox, pəncərədən girirlər - VİDEO

21:40 20-02-2020 533

Rusiyanın vilayətlərinin birində qarın çox yağması səbəbindən sakinlər evlərindən küçəyə qapıdan yox, pəncərədən çıxırlar. Bu barədə yayımlanan görüntülər böyük marağa səbəb olub.

REN TV-nin məlumatına görə, kadrlar Komi Respublikasının Vorkut şəhərində qeydə alınıb.

“Birinci mərtəbənin pəncərəsindən küçəyə çıxırıq. Sonra isə elə ordan mənzilə daxil oluruq”, - deyə videonun müəllifi zarafatla bildirib.