Qırmızı işıqda keçən maşın taksini belə vurdu – ANBAAN VİDEO

10:00 22-02-2020 458

Türkiyənin Düzce şəhərində işıqforun qırmızı işığında yolu keçən avtomobil taksi ilə toqquşub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə anbaan müşahidə kameralarına əks olunub. Qəza nəticəsində iki nəfər – taksi sürücüsü və sərnişin yaralanıb.

Taksi sürücüsü avtomobilində sıxışıb və xilasedicilərin köməyi ilə çıxarılıb.

Faktla bağlı araşdırma başlayıb.