Azərbaycan millisi İranla qarşılaşacaq?

10:20 22-02-2020 448

Azərbaycanın futzal millisi İranla yoldaşlıq görüşü keçirəcək.

HerGun.Az İran mətbuatına istinadən xəbər verir ki, bu matç fevralın 26-dək baş tutmalıdır.

Lakin bu matçın harada və hansı tarixdə baş tutacağı bildirilmir. Məlumatı İran millisinin baş məşqçisi Məhəmməd Nazemoşaria açıqlayıb.

O bildirib ki, bu matç 26 fevral-8 mart tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatına hazırlıq xarakteri daşıyacaq.

Eyni zamanda, Azərbaycan Futzal Federasiyasından bildirilib ki, yaxın günlərdə İranla belə bir qarşılaşmanın keçirilməsi nəzərdə tutulmayıb.

Səbuhi Musayev