Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO

08:40 23-02-2020 459

Paytaxtın Səbail rayonunda Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

HerGun.Az-ın məlumatına əsasən, “Mitsubishi” markalı avtomobil Nizami küçəsi ilə hərəkətdə olan zaman Murtuza Muxtarov küçəsi ilə gələn “Volkswagen” markalı minik maşınının sürücüsü yol hərəkət nişanının tələbi əsasında ona yol verməyib və qəza törədib. 

Xoşbəxtlikdən hadisə xəsarətsiz ötsə də, avtomaşınlara ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

 


Vüqar Ağayev

Tapdıq Afətoğlu