İranda zəlzələ oldu, Türkiyə və Naxçıvan tərpəndi

11:20 23-02-2020 402

İranın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ olub. 

HerGun.Az xəbər verir ki, yeraltı təkanlar 5.9 bal gücündə olub.  

İnsan tələfatının və dağıntıların qeydə alınmadığı zəlzələ Türkiyə və Azərbaycanın yaxınlıqdakı şəhərlərində də hiss edilib. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, təkanlar Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.