Həvəskar astronavt “Ağılsız Mayk”ın ölüm anı kamerlara belə düşdü - ANBAAN VİDEO

13:00 23-02-2020 413

Məşhur həvəskar mühəndis və astronavt, “Ağılsız Mayk” (Mad Mike) ləqəbi ilə tanınan Mayk Hyuz ötən gün ABŞ-da ölüb.  

“Los Angeles Times” xəbər verir ki, o, Kaliforniya ştatının Barstou şəhərindəki səhralıqda təcrübə uçuşu edərkən raketinin partlaması və paraşütünün sıradan çıxması nəticəsidə yerə çırpılıb və həlak olub.  

Yerin dairəvi müstəvi formasında olduğuna inanan Ağılsız Mayk buna əmin olmaq üçün kosmosa uçmağı hədəfləyirdi. Bunun üçün özünün düzəltdiyi raketlərdən istifadə edən həvəskar mühəndis sonuncu dəfə beş min fut (təxminən iki kilometr – red.) hündürlüyə qalxmağı planlaşdırmışdı. 

2018-ci ildə onun raketi 1.9 min fut (təxminən 0.5 km – red.) hündürlüyə qalxmış və uğurla yerə enmişdi.