Bakının mərkəzində maşın yandı - VİDEO

14:40 23-02-2020 384

Bakının mərkəzində maşın yanıb.  

HerGun.Az-ın məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb. 

“Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yolun ortasında alışıb.  

Hadisə yerinə yanğın söndürmə briqadaları cəlb olunub. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.