Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - FOTO

20:00 23-02-2020 496

Ukraynada “Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Hvylya.net xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də Zaporojye vilayətində axşam sinəsindən bıçaq zərbəsi alıb. Onu təcili yardım maşını ilə aparmaq istəsələr də, xəstəxanaya çatmamış vəfat edib.

“Qətlin bütün təfərrüatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - deyə yerli polis bildirir.

Məlumatda qeyd edilir ki, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub. Bundan başqa, o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet “Qriqori” ilə yaxın olub. “Sarvan”ın  Azərbaycanda da “vor zakon”larla əlaqələri olduğu bildirilir.