Bakıda yaşayış binası yanır

18:20 25-02-2020 382

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

HerGun.Az xəbər verir ki, yanğın Bakının Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

Onun sözlərinə görə, yanğın sözügedən ünvanda yerləşən yaşayış binasının altıncı mərtəbəsində qeydə alınıb:

“Yanğın binanın altıncı mərtəbəsində başlayıb. FHN-in çağrı mərkəzinə daxil olan zəng əsasında dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.

Könül Cəfərli