ABŞ-da koronavirusa qarşı vaksinin nə vaxt hazır olacağını açıqladılar

02:40 26-02-2020 340

ABŞ-da koronavirusa qarşı vaksin 1,5 aydan sonra insanlar üzərində sınaqdan keçirilə bilər, kütləvi istifadə üçün isə bir il və daha çox müddət lazım olacaq.

“RİA Novosti” xəbər verir ki, bunu Milli Sağlamlıq İnstitutun direktoru Entoni Fauçi bildirib.

“Sınaqların ilk fazası üç ay çəkəcək. Bu mərhələdə vaksini 45 nəfərin üzərində yoxlayacaqlar. Növbəti mərhələdə isə sınaq yüzlərlə, bəlkə də minlərlə insanın üzərində aparılacaq. Əgər raket sürəti ilə belə işləsək vaksinin hazırlanması üçün 6-8 ay tələb olunur. Ona görə də vaksinin tam hazır olması barəsində danışırqsa bu ən tez bir ildən sonra baş tutacaq”, - deyə Fauçi qeyd edib.