“Uolt Disney” korporasiyasına yeni baş direktor təyin edildi

04:40 26-02-2020 326

Dünyaca məşhur “Uolt Disney” korporasiyasının yeni baş direktoru Bob Çapek oldu.

“RİA Novosti” xəbər verir ki, korporasiyanın departamentlərindən birinı rəhnərlik etmiş B.Çapek yeni vəzifəsində Robert Ayqeri əvəz edəcək.

“Düşünürəm ki, hakimiyyəti yeni baş direktora ötürməyin tam zamanıdır...Mən Boba etimad edirəm və qarşıdakı 22 ay ərzində ondan sıx əməkdaşlıq gözləyirəm”, - deyə R.Ayqer qeyd edib.

B.Çapekin yeni iş müqaviləsi 2021-ci ilin dekabrın 31-dək davam edəcək.