Futbolda SOS: AVRO-2020 keçirilməyə bilər

13:20 26-02-2020 423

Bu ilin yayında keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ləğv oluna və ya təxirə salına bilər.

HerGun.Az xəbər verir ki, buna səbəb açılış oyununun keçiriləcəyi İtaliyada koronavirus epidemiyasının yayılmasıdır.

Bu barədə açıqlamanı UEFA-nın vitse-prezidenti Mişel Uva İtaliyanın “Rai Radio”suna açıqlamasında deyib. O bildirib ki, UEFA hazırda gözləmə mövqeyindədir. Uva qeyd edib ki, AVRO-2020-nin keçirilməsi hadisələrin durumundan asılıdır.

İtaliya A Seriyasının XXV turunun “İnter” – “Sampdorya”, “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” görüşləri koronavirusa görə təxirə salınıb. Çindən yayılan bu virus artıq İtaliyada 11 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, AVRO-2020 12 şəhərdə keçirilməlidir. Yarışın dörd oyununun Bakıda keçirilməsi nəzərdə tutulub.

Səbuhi Musayev