“Nərgiz” fondundan Xocalı faciəsinə həsr olunmuş yeni layihə - VİDEO

22:40 26-02-2020 451

“Nargis Fund” Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək üçün layihəyə imza atıb.  

Layihə çərçivəsində bəşəriyyətə qarşı yönəlmiş bu faciənin canlı şahidlərindən biri Xocalı sakini Zəminə Nəsibovanın yaşadığı müsibətlər geniş ictimaiyyətə çatdırılıb.

Xocalı soyqırımı zamanı eşitmə qabiliyyətini itirən və illərlə övladlarının səsini eşitməyə möhtac qalan Zəminə xanım və anasının acı xatirələri geniş ictimaiyyətlə paylaşılıb.