Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib

01:40 27-02-2020 499

Şirvan şəhərində qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Şirvan Sənaye zonasında qeydə alınıb.

Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızının boğaz nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.