Bərdədə qadın balta ilə qətlə yetirildi

07:00 28-02-2020 589

Bərdə rayonunda qətl törədilib.

Report” xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.